Ədl (İlahi ədalət)

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin

1-ci dərs

Bəndələrinin faydalanması üçün hər cür nemətəri yaradan Allahın zalım ola biləcəyini ağıl necə qəbul edə bilər? Zülm elmsizlik, cahillik, gücsüzlük və məqampərəstlik… kimi şeylərin nəticələrindəndir. Allahın zatı bütün bunlardan münəzzəhdir.

Zülmün mənşəyi araşdırılacaq olsa, əldə ediləcək səbəblər bunlardan ibarət olacaq:

1- İflas qorxusu: Başqa bir fabrikin açılmasıyla öz mənfəətlərini təhlükədə görüb ola biləcək iflasdan qorxan bir fabrikçi, diri bir vicdana və möhkəm bir imana sahib deyilsə əgər, var gücünü istifadə edərək rəqibini əzməyə çalışacaqdır.

2- Məhrumiyyət: Haqqını almaq üçün bir çox zəhmətlərə dözən ancaq haqqını qəsbçidən ala bilməyən bir insan, həddindən artıq qəzəblənərək qarşı tərəfdən haqqını ala bilmək üçün hər cür yola və əmələ baş vuracaqdır.

Məhrumiyyət reaksiyası bəzi insanlarda, cinayətdə mərhəmətsizlik şəklində özünü göstərər. Bu cür insanlar, zillətdən xilas olaraq bir mövqe əldə edincə sanki qudurarlar, məzlum kütləni qətl etməkdən, hər şeyi yandırıb yıxmaqdan zövq alarlar. Məzlum insanların ürək sızıldadan iniltisi, bu insanlar baxımından doyumu olmayan bir həzz və sevincdir.

3- Elmsizlik: İnsan düşüncəsinin məhsulu olan qanun və qanunlar, bir çox yerlərdə zülm və ədalətsizliyin səbəbi olmuşdur. Bu, sirlər və məchullarla dolu bir kainatda insanın məlumatının məhdud olmasındandır. Zəncilərə rəva görülən tük ürpərdici zülm və haqsızlıqların bir hissəsi, özünü bəyənmiş bir qrup azlığın, fəzilət və üstünlüyün dəri rəngiylə əlaqəli olduğu vəhminə qapılmasından qaynaqlanmışdır. Halbuki fəzilət və üstünlüyün ölçüsü, elm və uca insani xüsusiyyətlərdən ibarətdir. Bu məzmunda qara ya da ağ olmanın heç bir təsiri yoxdur.

Elmsizlik, məhrumiyyət və gücsüzlük kimi səbəblərdən doğan və ya daha fərqli səbəblərə söykənən bu cür faktların uca Allah haqqında düşünülməsi əsla mümkün deyil. Çünki O, sonsuz elm və qüdrət sahibidir, itirməkdən qorxacağı heç bir şeyə möhtac deyil və mütləq ehtiyacsızdır! Elə isə zülm və haqsızlıq etməsi düşünülə bilməz.

Bu çox dəqiq və açıq bir mövzudur. Bu barədə şübhəsi olanlar, ya bu şərhlərə diqqət yetirməmişlər ya da ədalətin mənasını tam və doğru olaraq anlaya bilməmişdirlər.

Ədalətin Tərifi

Ədalət, hər kəsin haqqının güdülməsi və fərdlər arasında, səbəbsiz olaraq ayrı-seçkilik edilməməsidir.

Bunu belə açıqlaya bilərik: Bir sinifin şagirdləri arasında edilən imtahanın nəticəsi olaraq yaxşı olan hər şagird bir pillə yuxarı sinifə keçməyə haqq qazanmışdır. Məktəb direktoru, şagirdlər arasında səbəbsiz olaraq ayrı-seçkilikçilik edə bilməz və bəzilərini bir sinif yuxarı göndərib digərlərini də qazanmış olduqları haqqdan məhrum edə bilməz. Bir sinif yuxarı oxumağa haqq qazanmış şagirdlər arasında edilən ayrı-seçkilik zülm və haqsızlıqdır.

Haqqın söz mövzusu olmadığı və lütfkarlıq yoluyla bəzilərinə hədiyyə edildiyi vəziyyətlərdə, fərdlər arasında ayrı-seçkilikçiliyə getmək nə zülmdür, nə də haqsızlıq.

Bunu da başqa bir misal ilə belə açıqlaya bilərik: Yoxsulları yeməyə dəvət etmək istəyən bir insanın, nə dəvət edərkən onlar arasında seçki etməsi, nə də qonaqları qəbul etmək baxımından ayrı-seçkilik etməsi haqsızlıq deyil. Çünki bu davranışla kimsənin haqqı məhv edilməmişdir. Burada edilən tək şey, yoxsulların bir qisiminin yeməyə dəvət edilməsi və ya xüsusi rəftar görməsidir.

Bərabərlik və ədalətin güdülməsi, ancaq hər kəsin ortaq bir haqqa sahib olduğu vəziyyətlərdə lazımlıdır. Hər hansı bir haqqın söz mövzusu olmadığı vəziyyətlərdə isə bərabər davranmaq lazımlı olmadığı kimi ayrı-seçkilik etmək də haqsızlıq və zülm deyil.

Varlıqların yaradılışındakı fərqliliyi görərək, “Nəyə görə Allah hər kəsi bərabər yaratmamış və hər kəsə eyni rəftar etməmişdir?” şəklində irad bildirənlər və bunun, Allahın ədalətiylə ziddiyyət təşkil etdiyini zənn edənlər böyük bir yanlışlıqda və ədalətin həqiqi mənasından da qəflətdədirlər.

Məxluqlar, Onun üzərində heç bir haqq sahibi deyildirlər. Buna görə də varlıqların yaradılışındakı və ya digər sahələrdəki fərqliliklər ədalətsizlik və zülm deyildir. Allahın varlıqlar arasında ayrı-seçkilik etməsiylə və ya birini heç yaratmamış olmasıyla kimsənin haqqı itirməmişdir.

Məlumatlardan istifadə zamanı istinad zəruridir..!

Beynəlxalq Əl-Mustafa universitetinin Gürcüstan nümayəndəliyi

ალმოსტაფა

ALMUSTAFA

საქართველო

GEORGIA

Başlığınızı əlavə edin

Sürətli ünsiyyət

Dini suallarınızı bizdən soruşun

Dini sahədə istənilən növ suallarınızı bizdən soruşa bilərsiniz. Əqidəvi, şərii, tarixi, Qurani və.s.

Əsas səhifəyə qayıdış

Üstünə vur