Bu gün Əl- Mustafa təhsil mərkəzində iki dünya xanımı Həzrət Fatimeyi-Zəhranın mübarək mövludu qeyd olundu. Məclis, Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcmasının birgə təşkilatçılığı ilə həyata keçirildi. Təşkil olunan tədbirdə müəllim kollektivi, tələbələr və xüsusi ilə yerli müsəlmanlar xanımlar iştirak etdilər.
Məclis Qurani-Kərimin tilavəti ilə açıq elan olundu. Məclisin əvvəlində Əl-Mustafa təhsil mərkəzinin Gürcüstan Nümayəndəsi Həsən Yusifzadə öz çıxışları ilə bütün dünya xanımlarını və həmçinin məclis üzvlərini təbrik etdi. Tədbirdə Hz. Fatimeyi Zəhranın (s.ə) məqam və fəziləti, nümunəvi müsəlman qadının xüsusiyyətləri haqqında danışıldı. Həmçinin xanımın haqqında şeir və ilahilər oxundu. Məclis boyunca kiçik sual-cavab rubrikası, Həzrət Zəhraya aid kiçik səhnəcik və Xanım Zəhra ilə bağlı suallar verilib, düzgün cavab verənlər mükafatlandırıldı. Sonda Əl-Mustafa təhsil mərkəzinin və Gürcüstan Müsəlman Qadınlar İcmasının təşkil etdiyi yarışmanın qaliblərinə sertifikat və hədiyyələr təqdim olunaraq mükafatlandırıldı. Tədbirdən sonra bayram süfrəsi təşkil olunub.