ƏL-MUSTAFA TƏHSİL MƏRKƏZİNDƏ MƏZUNLUQ TƏDBİRİ KEÇİRİLDİ

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin
Bu gün Əl-Mustafa təhsil mərkəzində növbəti məzunluq tədbiri keçirildi. Tədbirdə dini təhsil ocağının rəhbərliyi, ustadlar, tələbələr, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və İran İslam Respublikasının Gürcüstandakı səfirliyi iştirak ediblər.
Əl- Mustafa təhsil mərkəzinin mərasim zalında keçirilən tədbirdə öncə tədbirin aparıcısı Yusif Əliyev iştirakçıları salamlayaraq tədbir haqqında ümumi məlumat verdi. Məclis Quran ayələrinin tilavəti ilə açıq elan edildi.
Sonra Əl-Mustafa təhsil mərkəzinin Gürcüstan Nümayəndəsi Həsən Yusifzadə çıxış edərək nümayəndəliyin təhsil üzrə fəaliyyəti və ilin məzun olan tələbələri haqqında məlumat verib, təhsil ocaqlarının tələbələrini və ustadlarını təbrik etdi.
Tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məzunluq münasibəti ilə təbrik və xoş arzularını çatdıraraq, tələbə və müəllimlərin uğurlar əldə etməsi üçün əsas nöqtələri diqqətə çatdırdı.
Daha sonra İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri də məzun olan tələbələri və müəllimlərini təbrik edərək müvəfəqiyyətlər dilədi. Məclisin davamında İmam Rza (ə) adına mədrəsənin müdiri və Marneulinin baş axundu Hacı Əziz Nəbiyev həmçinin ilin nümunəvi müəllimi seçilən Kamran Məmmədova da öz çıxışları üçün söz verildi.
Tədbirin sonunda məzunlara, ilin nümunəvi müəllim və tələbələrinə hədiyyə və sertifikat təqdim edildi. Bununla yanaşı məzun olmuş tələbələrin diplomları da təqdim edildi.
Beynəlxalq Əl-Mustafa universitetinin Gürcüstan nümayəndəliyi

ალმოსტაფა

ALMUSTAFA

საქართველო

GEORGIA

Başlığınızı əlavə edin

Sürətli ünsiyyət

Dini suallarınızı bizdən soruşun

Dini sahədə istənilən növ suallarınızı bizdən soruşa bilərsiniz. Əqidəvi, şərii, tarixi, Qurani və.s.

Əsas səhifəyə qayıdış

Üstünə vur