Səfər ayı üçün əlamətdar İslami günlər

8 -Sentyabr – 1 Səfər  –   Əhli-beyt əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri-qəməri ilində Siffeyn  döyüşünün başlanması; 9-Sentyabr – 2 Səfər –  Əhli-beyt əsirlərinin Yezidin məclisinə daxil edilməsi; 12-Sentyabr – 5 Səfər  – Xanım Rüqəyyənin (s.ə) şəhadəti; 15 -Sentyabr – 8 Səfər  – Peyğəmbərin (s) səhabəsi  Salman Farsinin vəfatı; 16-Sentyabr – 9 Səfər  – […]

İmam Səccadın (ə) həyatına qısa bir baxış

12 məhərrəm – 21 avqust – İmam Zeynalabidinin (ə) şəhadət günüdür.   Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli,anası Şəhrəbanu, Ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O həzrət 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə), on il də əmisi imam […]

Din və əxlaq

Din və əxlaq mövzularının qarşılıqlı əlaqələrini araşdırmaq, onların hər birinin müstəqil və obyektiv izahını vermək və nəhayət, onlar arasındakı münasibətləri müəyyənləşdirmək nəinki din fəlsəfəsinin, hətta bir çox filosof və mütəfəkkirlərin diqqət mərkəzindədir. Problemin həllinə çalışan filosoflar burada bir sıra sualları cavablandırmalı olurlar: Din və əxlaq müstəqil həqiqətlərdirmi? Onların bir-birindən asılı olduğu müəyyənləşərsə, hansı biri üstün […]

İslamda elmin əhəmiyyəti

Savadsızlıqla mübarizə cihaddır! Savadlandırma Hərəkatında çalışan qardaş və bacılar cihad halında olduqlarını bilsinlər. Ucqar şəhər və kəndlərə getmək, qapıları döymək, məscidlərdə siniflər düzəltmək və heç bir təşəkkür gözləmədən xalqa ən dəyərli hədiyyə olan elm və savad öyrətmək cihaddır. Savadsızlıq bütün cəmiyyətlər üçün eyibdir, bu dövrdə – böyük güclərin xalqın savadsızlığından və məlumatsızlığından istifadə etdiyi məşəqqətli […]

“Qədir-Xum” Bayramınız Mübarək!

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim…” (Maidə- 3) “Qədir Xum” hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə Həzrət Mühəmməd Peyğəmbər […]

Həzrət Zəhra (s) mədrəsəsində yay kurslarına başlanıldı.

Hər il olduğu kimi bu il də Həzrət Zəhra (s) mədrəsəsində Tbilisi və Marneuli şöbəsində yay kurslarına başlanıldı.  Kurslarda Quran Kərimin oxunuşu,  Qurani Kərimin hifzi, Kompüter, ilk tibbi yardım, dərzilik dərsləri tədris olunur.    

Bu gün İmam Əliyyən-Nəqinin(ə) mübarək mövlud günüdür

Bu gün Zül-Həccə ayının 15-i İmam Əliyyən-Nəqinin (ə.s.) mövlud günüdür İmam Əliyyən-Nəqi (ə) buyurur: “Özü ilə Allah arasında münasibəti islah edənin Allah da insanlarla münasibətini islah edər” Adı: Əli Ləqəbi: Hadi və Nəqi Kunyəsi: Əbül-Həsən Atası: Həzrət imam Muhəmməd Təqi (ə) Təvəllüdü: Hicri 214-cü il İmamlıq müddəti: 34 il Ömrü: 40 il Şəhadəti: 254-cü Hicri-qəməri […]

Qədir-Xum bayramının əməlləri

Qədir-Xum bayramı qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edir. Bu günün müəyyən bəyənilən əməlləri var. Həmin günə aid əməllər: 1. Bayram gününün qüslünü almaq; 2. Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və […]

Qurban bayramınız mübarək.

Qurban bayramı fədakarlıq, şəfqət, mərhəmət, yardımlaşma, birlik və səmimilik rəmzidir. Bu bayram üç səmavi dinin babası hesab olunan Hz. İbrahimdən insanlara ortaq miras olaraq qalmışdır.

Ərəfə gününün əməlləri

Ərəfat hacıların ərəfə günü (9 Zilhəccə) orada dayandıqları, dua və ibadət etdikləri yerin adıdır. Hacılar günorta və əsr namazlarını qıldıqdan sonra Məkkəyə qayıdırlar. Bu günün adlandırılması ilə əlaqədar bildiriblər ki, Cəbrayıl həcc mərasimləri zamanı İbrahimi (ə) öyrədirdi, Ərəfəyə çatdığı zaman ona dedi ki, “əriftu” (tanıdım), o cavab verdi bəli, elə buna görə də belə adlandırıldı. […]