Ğina oxunan evdə dua qəbul olmaz

Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur. Ğina insanı ruhi tarazlıq […]

Seyidlərə hörmətin səbəbi nədir? Dünya və axirətdə seyidlərlə qeyri seyidlərin fərqi varmı?

Seyyid lüğətdə “Ağa”, “Cənab”, “Rəyis”, “Böyük” mənasınadır. Amma fars dilində və şiə terminologiyasında o adamlara deyilir ki, nəsəbləri Həzrəti Fatimə (s) vasitəsi ilə İslam Peyğəmbərinə (s) çatır. Amma hörmət olaraq seyid başqa ələviyyələrə də eyilir. Hansı ki, nəsəbləri Abbas bin Əli (ə) və ya Məhəmməd Hənəfiyyə vasitəsi ilə İmam Əli (ə)a çatır. Qeyd edək ki, […]

Quran həqiqətən, Allah sözüdürmü?

Quran həqiqətən, Allah sözüdürmü? Quranın Allah sözü olmasına birinci dəlil elə onun özüdür: bədii gözəlliyi, səlisliyi, rəvanlığı, xüsusi ritmlərə uyğun ahəngdarlığı, əsrarəngiz harmoniyası, eyni zamanda zəngin məzmunu. Və nəzərə alaq ki, bütün bunlar 23 il ərzində nazil olaraq yazılmış bir kitabın bütün hissələrində yüksək səviyyədədir. Halbuki hər bir insan, nə qədər istedadlı olsa da, yaza-yaza […]

«Əraf» surəsinin 54-cü ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı? Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda həyata keçməməsi, həmin işin hikməti haqqında düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində doqquz ay müddətində mərhələ-mərhələ […]

Dəstəmaz necə alınır və onun düzgün alınması üçün hansı şərtlər lazımdır ?

A) Əvvəlcə, alının tük bitdiyi yerdən çənənin aşağısınadək üz yuyulur. Üz baş barmaqla orta barmaq miqdarında yuyulmalıdır. Üzdən sonra əvvəlcə sağ, sonra sol əl dirsəkdən barmaqların ucunadək yuyulur. Hər iki əl yuyulduqdan sonra əlin təri ilə başa məsh çəkilir. Məshin sağ əllə, yuxarıdan aşağıya çəkilməsi vacib deyil. Daha sonra əldə qalmış dəstəmaz təri ilə ayaq […]

Peyğəmbəri (s) qocaldan surə hansıdır ?

«Nurus-səqəleyn»də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: «Hud» surəsi məni qocaltdı». Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar. İbn Abbas nəql edir: «Həzrət Peyğəmbər (s) üçün heç bir ayə «Sənə əmr edildiyi kimi istiqamətlən» ayəsi qədər çətin gəlməmişdi». Yaxınları həzrət Peyğəmbərdən (s) […]

Quran nə üçün möcüzə hesab olunur ?

Həzrət Məhəmmədin (s) Şəqqül-qəmər kimi möcüzələri olduğu halda, nə üçün o məhz Quranı özünə möcüzə hesab etmişdir? Quranın möcüzə olması barədə ayə və hədislərdə kifayət qədər məlumat verilir. Maraqlıdır, Quranı başqa kitablardan fərqləndirən onun hansı xüsusiyyətidir? Musa peyğəmbərin (ə) dövründə sehrbazlıq, İsa peyğəmbərin (ə) dövründə təbabət olduqca güclü idi. Bu səbəbdən də, Allah-təala Musaya (ə) […]

Dua, aşiqin məşuqla arasındakı ən möhkəm, və ən qırılmaz ip kimidir. Bu bağlılıq ruhumuzda eşq yaradan bir qüvvədir. Təsəvvür edin qarşınızda bir hədəf var, həyatdakı məqsədiniz və qayəniz o hədəfə çatmaqdır. Bunun üçün bir çox səylər göstəririrsiniz. Amma, yolun ortasında daş divarlar, hasarlar var. Bu hasarın o tayında səadət var, bu tayında məşəqqət. Sizin ona […]

İmamın (ə.f) zühurunun hansı əlamətləri var ?

Rəvayətlərdə zühur mövzusunu araşdırdıqda onun bəzi əlamətləri ilə rastlaşırıq. Bəzi zühur əlamətlərini nəzərdən keçirək 1. Ümmətin azğın bayraq və şüarlardan xəbərdarlığı 2. Xalqın haqqa dəvət olunacağı qiyamlar barədə müjdə 3. Bu mövzuda qeybi xəbərlər və onların həyata keçməsi ilə insanlarda əminlik yaranması 4. Kafirlər İslamı qəbul etməzdən öncə dəlil və möcüzə istəyirlər Zühurla bağlı xəbərlər isə […]

Günahdan çəkinmək istəyən insan nə etməlidir ?

Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər. Cəld […]