Bu gün Marneulidə yerləşən “Kristal”şadlıq sarayında Əsrin Zamanı İmam Məhdi (ə ) mübarək mövludu qeyd olundu. Məclis, Əl-Mustafa təhsil mərkəzinin, Gürcüstan Müsəlmanlar İdarəsinin və Əhli-beyt cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirildi. Təşkil olunan tədbirdə müəllim kollektivi, tələbələr və xüsusi ilə elm ictimaiyyət xadimləri iştirak edirdilər.
Məclis Qurani-Kərimin tilavəti ilə açıq elan olundu. Məclisin əvvəlində Əl-Mustafa təhsil mərkəzinin Gürcüstan Nümayəndəsi Həsən Yusifzadə öz çıxışları ilə bütün Əhli-beyt sevərləri təbrik etdi. Tədbirdə İmam Məhdi (ə)-ın məqam və fəziləti, xüsusiyyətləri haqqında danışıldı. Həmçinin O Həzrət haqqında şeir və ilahilər səsləndirildi. Sonda Əl-Mustafa təhsil mərkəzinin təşkil etdiyi məqalə yarışmasının qaliblərinə sertifikat və hədiyyələr təqdim olunaraq mükafatlandırıldı. Məclisin sonunda bayram süfrəsi təşkil olundu.




