BU GÜN İMAM MUSEYİ KAZIM (ə) IN TƏVƏLLÜD GÜNÜDÜR

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin

Bu gün imam Museyi Kazimin (ə) mövlud günüdür. Bu əlamətdar gündə bütün dünya müsəlmanlarını təbrik edirik.

O Həzrətin adı Musa ləqəbi Kazim anası Həmidə adlı çox fəzilətli bir qadın atası isə altıncı İmam Həzrət Sadiq (ə) olmuşdur. İmam Kazim (ə) hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerd dünyaya gəlmiş hicrətin 183-cü ilində (başqa bir versiyaya görə isə 186) ilində şəhid olmuşdur.
İmam Kazim əleyhissalam orta boylu, nurani çöhrəli və qalın, qara saçlı idi. O Həzrətin mübarək bədəni çox ibadət etdiyi üçün zəifləmişdi. Lakin güclü ruhu və parlaq qəlbi var idi. “Əbdu Saleh” İmam Kazim əleyhissalam çox fəaliyyət göstərdiyi və ibadət etdiyi üçün bu ləqəbi ilə tanınıbdır. O Həzrət səxavət, bağışlamaq və ehsan etməkdə əziz ata babaları kimi idi. İmam Kazim əleyhissalam öz əyalına, övladına və qulamlarına qarşı çox mehriban idi. Həmişə yoxsul və biçarələri fikirləşirdi və Qur’an oxumaqla ünsiyyət tapmışdı. O Həzrət Qur’anı qəmli və xoş avaz ilə tilavət edirdi. Elə Qur’an oxuyurdu ki, camaat o Həzrətin evinin ətrafına toplaşıb imamın oxuduğu Qur’an avaza qulaq asaraq ağlayırdılar. Mədinə şəhərinin əhalisi o Həzrətə Zeynül müctehidin ləqəbini vermişdilər.

Beynəlxalq Əl-Mustafa universitetinin Gürcüstan nümayəndəliyi

ალმოსტაფა

ALMUSTAFA

საქართველო

GEORGIA

Başlığınızı əlavə edin

Sürətli ünsiyyət

Dini suallarınızı bizdən soruşun

Dini sahədə istənilən növ suallarınızı bizdən soruşa bilərsiniz. Əqidəvi, şərii, tarixi, Qurani və.s.

Əsas səhifəyə qayıdış

Üstünə vur