Tel: +995 555 03 39 03

E-mail: Almustafa.info.ge@gmail.com

Georgia, Tbilisi, Ponichala

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin

Bütün elmlərin əsası İslamdır (Araşdırma)

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin

Elm! Nədənsə bu söz deyiləndə yadıma müsəlmanlar düşür

Siz məni qınaya bilərsiniz ki, niyə məhz müsəlmanlar? Məgər onlardan əvvəl və sonra və ya müasir dövrümüzdə  elm əhli elmi kəşflər edən qeyri müsəlmanlar yoxdur? Onların elmi kəşflərinin müsəlmanlara nə kimi aidiyyatı var?

İradlara cavab


İradlara cavab olaraq demək istəyirəm ki və mənim dəyişməz iddiam budur ki, yer üzündə olan bütün elmlərin (hətta müasir elmi kəşflər də bura daxildir) əsası müsəlmanlara qayıdır. Əgər biz keçmiş tarixi insafla araşdırsaq görərik ki,müasir dövrümüzdə olan bir çox elmlərin əsasını müsəlmanlar qoymuşdur. Mən bir neçə nümunə göstərməklə fikrimi subut etməyə çalışaram.


Riyaziyyat


Riyaziyyatda müsəlmanların xidmətləri o qədər çoxdur ki,onların bu sahədəki xidmətləri bugünkü Avropada böyük bir heyranlıq doğurmuşdur.Paris İslam İnstitunun keçmiş professorlarından olan Jak(Jacques) Risler deyir:“İntibah dövrümüzün müəllimləri müsəlmanlardır.” Gauter isə :“Yalnız cəbri deyil,digər riyaziyyat elmlərini də Avropa müsəlmanlardan almış olduğu kimi,bugünkü qərb riyaziyyatı,həqiqətən də İslam riyaziyyatından başqa bir şey deyildir”deyərək tarixi həqiqəti etiraf etmişdir.Hər şeydən əvvəl,rəqəmləri Avropalılara öyrədən müsəlmanlar olmuşdur.Təəssüf ki,işlədilməsi çətin olan Roma rəqəmlərini buraxıb Hind rəqəmləri deyilən bu rəqəmləri  Avropa,müsəlmanlardan bir neçə əsr sonra əldə etdi.İlk dəfə Cənubi Afrikada müsəlman müəllimlərindən dərs alan səyyah Pizalı Leonardo Fibonnacci,1202-ci ildə yazdığı əsərində islam rəqəmindən istifadə etmişdir.Sıfırdan ilk dəfə istifadə edən Xarəzmi,cəbrin təməlini qoymuş, “Əl-Cəbr vəl-Muqabələ”adı altında ilk cəbr kitabını yazmışdır.Həmin kitabın adı olan Əl-cəbr,qərb  aləminə algebra deyə cüzi bir tələffüz dəyişikliyi ilə keçmişdir.Xarəzminin yenilikləri əsasən bundan ibarət idi:O,ilk dəfə olaraq,riyazi tənlikləri sadələşdirmək üçün tənliyin bir tərəfindəki kəmiyyətləri əks işarə ilə tənliyin o biri tərəfinə keçirməyi təklif etmişdi.Yəni “bərabər” işarəsindən sağda yerləşən bütün “müsbət” riyazi kəmiyyətlər “mənfi”işarə ilə sol tərəfə keçə bilər və əksinə.Xarəzmi bu üsulu “cəbr” adlandırmışdır.Həmçinin,o,subut etmişdir ki,tənliyin hər iki tərəfindəki bərabər kəmiyyətlərini ixtisar etsək,tənlik yalnız sadələşər və cavabı dəyişməz.Bunu isə Xarəzmi “muqabələ”adlandırmışdır.Miladi XII əsrdə kitab ərəbcədən latın dilinə tərcümə edildikdən sonra,avropalılar da bu riyazi əməliyyatlar barədə təsəvvür əldə etdilər.O zamandan etibarən,cəbr elmi avropalaşdırılaraq, “algebra” adlandı.Xarəzmi bir və iki dərəcəli tənliklərin həllini vermiş,kvadrat tənliklərin iki kökü olduğunu göstərmişdir.O,həndəsədə çox işlədilən və çevrə uzunluğunun diametrə nisbətini bildirən “Pi” ədədi üçün 3,1416 ədədini müəyyən etmişdir ki,bu da müasir hesabatların nəticələrinə xeyli yaxındır.Maraqlıdır ki,riyaziyyatın əsas terminlərindən sayılan “alqoritm” sözü “əl-Xarəzmi” adının latınlaşdırılmış variantıdır.
Bu riyaziyyatçılardan biri də Sabit ibni Qürrədir.Sabit mürəkkəb nisbətlər nəzəriyəsinin əsaslandırılması problemi ilə məşğul olan ilk şərq riyaziyyatçısı sayılır.Sabit ibni Qürrə ilk dəfə olaraq,həndəsi kəmiyyətlər üçün də “vurma” və “bölmə”, “hasil” və “qismət” terminlərini işlətmişdir.Onun ən diqqətə layiq çalışmaları düz və maili silindirin,ellipsin və ellips seqmentinin hesabatlarına aiddir.O silindirin ən böyük və ən kiçik kəsiklərini araşdırmış,silindir səthinin  iki müstəvi kəsiyi arasında qalan hissəsinin  sahəsinə aid teoremləri isbat etmiş,parabolik seqmentin ikiqat və fırlanma paraboloidinin üçqat böyüdülməsi məsələsini həll etmişdir.(İslam Tarixi 3-cü hissə səhifə 410. Natiq Rəhimov 2006)

Riyaziyyat sahəsində Avropaya müəllimlik edən müsəlman alimlərindən biri də Bəttanidir.Jak Rislerə görə triqonometriyanın həqiqi icadçısı Bəttanidir.Sinusu da kəşf edənlər müsəlmanlardır.Keçmiş müsəlmanlar sinusa ceyb deyirdilər.Avropalılar isə bunu tərcümə edərkən sinus adlandırmışlar.Müsəlmanlara görə,hesabın mövzusu ümumi olaraq rəqəmlər,onların təbiəti,növləri,kombinə edilməsi,dörd əməl(toplama,çıxma,vurma,bölmə)üsullarıdır.

Fizika

Fizika elmində də müsəlmanların üstün xidmətləri olmuşdur.Əhməd ibn Musa,”Ə la Nizamlar” adlı əsərində 100-ə qədər avtomatik nəzarət sistemli alətin təsvirini vermişdir.Digər müsəlman alimi,Əbdül İzz İsmail əl-Cəzəri isə,Kitabul-hiyəl adlı möhtəşəm əsəri ilə kibernetikanın qurucusu olmuşdur.Fərabi səsin fiziki izahını vermişdir.İbn Qərarə ilk torna dəzgahını quraşdırdı.İlk uçuş təcrübəsini İsmail Cövhəri həyata keçirtsə də,özünün ölümü ilə nəticələndi.Hazərfən Əhməd Çələbi isə qəzasız bəlasız uçmağa nail oldu.Təyyarənin ilk təcrübələrini 880-ci ildə İbn Firnas adında bir islam alimi etdi.Quş tükü və parçalardan istifadə edərək düzəltdiyi təyyarə ilə uzun vaxt səmada qaldı və süzərək yerə endi.Qərb aləmində isə yalnız,Rayt qardaşların 1903-cü ildə təyyarə ilə uça bildiklərinə şahid oluruq.

Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini bu gün hamı deyir.Halbuki,Razidən Biruniyə,hətta Xazəniyə qədər,İslam alimlərinin,yerin cazibə qüvvəsi ilə əlaqədar çalışmalar  etdikləri göz qabağındadır.(“Bilime yön verən İslam alimləri”(giriş)İstanbul-1996.c 1,səh 8-9)
 Professor i.Həqqi,öz əsərində (İslam mütəfəkkirləri ilə qərb mütəfəkkirləri arasında müqayisə səh 17) yerin cazibə qüvvəsinin isbatının Nyutondan çox-çox əvvəl Razi tərəfindən kəşf edildiyini ifadə edir.

Kimya

Kimya dedikdə də Cabir ibni Həyyan  yada düşür.Onun kimyada  açdığı cığır,Priestley və Lavoisierdən heç də aşağı deyildir,hətta daha da mühum sayılır.Kordano onu dünyanın 12 dahisindən biri sayır.Cabir,bir neçə əsr əvvəl təsis etdiyi xüsusi laboratoriyasında apardığı çalışmalar nəticəsində bir çox sulfat turşusu kəşf etmiş və ixtiraları ilə məşhur olmuşdur.Həkim olduğu qədər də böyük bir kimyaçı olan Razi də sulfid turşusu,saf spirt əldə etmişdir.Bəşir Brantdan əvvəl fosfuru kəşf etmişdir.Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişdir.Havan topu,Sultan Fatehin(1432-1481) kəşfidir.İlk raketi də düzəldənlər də müsəlmanlardır.(“Bilime yön verən İslam alimləri”(giriş)İstanbul-1996.c 1,səh 9)Qədim Misir,yəhudi,Babil,Çin,hind və yunan alimləri qızıl əldə etmək vasitələrini öyrənmək üçün uzun əsrlər boyunca baş sındırmışdılar.Cabir ibni Həyyan öz əsərlərində kimyanı danmasa da,hər halda,primitiv usullarla qızıl almağın əleyhinə çıxırdı.O,hər hansı maddəni yalnız özünəməxsus xususiyyətlərdən məhrum edib öldürəndən sonra,onu digər maddəyə çevirməyin mümkünlüyünə inanırdı.Cabir ibni Həyyanın əsas çalışmaları paktiki kimya sahəsindədir.O,xurafatdan uzaq,real təcrübələrə əsaslanan yeni kimya elminin banislərindən sayılır.Avropanın cəhalət  girdabında boğulduğu bir əsrdə Cabirin elmi fəaliyyəti ümumdünya əhəmiyyətə malik idi.Sonralar qərb alimləri onun kitablarını oxuyaraq tədqiq etmiş və bir çox elmi kəşflərə nail olmuşdular.Cabir öz yaradıcılığı ilə qərbin elmi intibahına yol açmışdır.Elə buna gorədə bəzi müsəlman alimlərinin dediyi kimi,orta əsrlərdə Cabiri xristianlar müsəlmanlardan daha yaxşı tanıyırdılar.(Qərbdə o “heber,”əsərləri isə “heber traktatları,”kimi məşhur idi.) Cabir ibni Həyyanın elmi məhsuldarlığı barədə fantastik rəqəmlərə rast gəlmək olar.Bəzi tədqiqatçlar onun yalnız kimya sahəsində 500 kitab müəllifi olduğunu yazırlar.
Qısa olaraq Viardotun ifadəsi ilə desək;“Müsəlmanların kimyaya xidmətləri,riyaziyyatdakı təsirlərindən heç də az deyildir.” Bəli,müsəlman alimlərin kəşf və çalışmaları müasir kimyanın bünövrəsini təşkil etdi.

Astronomiya

Araşdırdıqda görürük ki,Astronomiya müsəlman alimlərin ən çox məşğul olduqları bir sahə olmuşdur.İslam ölkələrinin demək olar ki,böyük şəhərlərinin hər birində rəsədxanalar var idi.Müsəlmanlar yüksək təcrübə və incələmələr nəticəsində əldə etdikləri nailiyyətlərlə elm dünyasına əsrlərcə gediləcək yol göstərdilər.Müsəlman alimləri Tixo Braqe,Kopernik,Qaliley kimi bir çox qərb alimlərinə  də ilham mənbəyi olmuşdular. Jak Risler müsəlmanların intibah dövrünə necə təsir etdiklərindən bəhs edərkən belə deyir: “Müsəlman astronomlar,riyaziyyat elmləri  səviyyəsində intibah dövrümüzə müsbət təsir etdilər.”
Müsəlmanlar bu elmin inkişafına böyük əhəmiyyət vermişlər.Digər tərəfdən bu elmi sadəcə bir nəzəriyyə olmaqdan çıxarıb,rəsədxanalar təsis edərək öz bilik və təcrübələrini  tətbiq etmişlər.Bağdad,Qahirə,Kordova,Marağa,Səmərqənd,Buxara və digər İslam mərkəzlərində təsis edilən rəsədxanalar bu elmi daha da  inkişaf etdirmişdir.
Müsəlman alimləri,tul(başlanğıc meriadından uzaqlıq)dairələrini hesablamışlar,yeri  ölçmüşlər,yerin kürə şəklində olduğunu kəşf etmişlər.Bir çox zayiçələr(ulduzların müəyyən vaxtlardakı yerlərini və hallarını göstərən cədvəl.Buna zeyc və zic də deyirlər.)hesab cədvəlləri düzəltmiş,üstürlab(Əvvəllər ulduzların hərəkətlərini və uzaqlığını hesablamaqda işlədilən bir alət növü)alətindən istifadə etmişdilər.Ayın hərəkətində bəzi librasiya növünü ilk aşkar edən musəlman alimi Buzcanidir.
Bəttani günəş ilinin uzunluğunu hesablamış,ulduzların bir çoxunun yerini təsbit etmişdir.Günəş ləkələrindən ilk bəhs edən yenə müsəlmanlardır.Müsəlmanlar ,sabit ulduzlara dair cədvəllər tərtib etmişdilər.Əbdurrəhman Əs-Sufinin bu barədə bir əsəri vardır.Həmin alim çəkdiyi şəkilli xəritələrində mindən çox  ulduz göstərmişdir.(min deyiləndə məqsəd min ədədinin özü deyil.Çoxluğa işarədir.Bu ərəblərə xas olan xususiyyətdir,lakin tərcümə zamanı min olduğu kimi yəni ədəd kimi,qeyd olunub.) (“Bilime yön verən İslam alimləri”(giriş)İstanbul-1996.c 1,səh 7)Bəttani illik presessiyasının(yer kürəsinin həm öz oxu,həm də günəş ətrafında fırlanmasından yaranan mürəkkəb hərəkəti)qiymətini Ptolemeye nisbətən (36”)daha dəqiqliklə (54,5”)hesablamışdır (müasir hesabatlar nəticəsində 50,3” olduğu müəyyən edilmişdir)Bəttani ilin 365 gün 5 saat 46 dəqiqə 24 saniyə olduğunu dəqiqliklə müəyyən etmişdir.O,sinus,tanges və kotankens anlayışlarını riyaziyyata daxil etmiş ilk alim sayılır.Bətttani keçmiş alimlərin astronomik hesabatları üzərində düzəlişlər də aparmışdır.

Biologiya

Müxtəlif fikir və elm adamların təbiətin,xüsusilə canlı varlıqların yaranması və inkişafının öyrənilməsinə çalışmışlar.Həmin elm adamlarından ilk dövrlərəd(VIII əsr)diqqəti cəlb edəb alim Ən-Nəzzamdır.Daha sonra onun tələbələrindən Əl-Cahiz ümumi biologiya və zoologiya mövzusunda diqqətəlayiq fikirlər söyləmişdilər. “Kitabul-Həyəvan”adlı əsəri,həm zoologiya həm biologiya baxımından mühum yer tutur.Sonralar X əsrdə başda Əl-Biruni,İbn Sina və İxvani Səfa olmaqla bir çox alimlər biologiya sahəsində mühum fikirlər irəli sürmüşlər.Xüsusən Əl-Biruninin “Kitabul Malil-Hind” və “Kitab əl-Asar əl-Baqiyə”adlı əsərlərində ümumi biologiya ilə əlaqədar  məlumatlara çox rast gəlinir.Daha sonra IX və X əsrlərdə yetişən digər alimlərdən əd-Dinavərinin  “Kitabun-Nəbat,”İbn Küteybənin “Uyunul-əxbar,” və İbn Vəhşiyyənin “Kitabul-Filaha”  adlı əsərlərində ümumi bologya ilə bağlı çox dəyərli məlumatlar vardır.Şərq İslam dünyasında biologiya ilə məşğul olan alimlərdən bəhs edərkən Ən-Nəzzamın nəzəriyyəsini deməmək haqsızlıq olardı.Ən-Nəzzamın bu günkü təkamül nəzəriyyəsinə oxşar bir nəzəriyyənin ilk təməlini qoymuşdur.Bu onun Kumun(gizlilik),Zuhur(aşkarlıq) və Tədaxul nəzəriyyəsidir.Nəzzama görə,varlıq və onun əmələ gəlməsi,təkamül nəticəsində olmuşdur.Belə bir nəzəriyyə elm tarixində ilk dəfə ortaya atan da o olmuşdur.Bəziləri hər nə qədər təkamül nəzəriyyəsinin kökünü qədim yunan fəlsəfəsinə,xüsusilə İyonlulara və Aristotelə aparıb çıxarsalar da,bu doğru deyildir.Çünki,“İdeal of Nature”nin müəllifi Vudsidenin də dediyi kimi,Yunan fəlsəfəsində haqqında danışılan şey,varlığın bir haldan başqa bir hala bir dəfə dəyişməsidir,təkamülləşməsi deyildir.Məsələn,Aristotel də bir varlıq qüvvə halından fel halına,yəni statik vəziyyətdən dinamik,yoxluqdan sadəcə varlığa keçir,fəqət bir varlığın vaxt ərzində fasiləsiz dəyişməsi yoxdur.(daha geniş məlumat üçün “Cosmological Evolutionism İn İslamic Thought “ adlı əsərə muraciət edin)Təkamül nəzəriyyəsinin ilk dəfə yaradılması Nəzzamın adı ilə bağlıdır.Nəzzamın fikirləri,onun məşhur tələbəsi əl-Cahiz tərəfindən bir daha elmi şəkildə əsaslandırılmışdır.Nəzzamın daha çox fəlsəfi mahiyyətli fikirləri,əl-Cahiz ilə birlikdə bioloji sistem təşkil edir.Əl-Cahiz “Kitabul-Həyəvan” adlı əsərində heyvanların yaşayışı  və təkamüllərdən bəhs edir.Onların psixologiya və sosiologiyasını incələyir.Adı çəkilən əsərində əl-Cahiz,Lamarck və Darəin kimi müasir təkamülçülərdən tam on əsr əvvəl,onların təkamül nəzəriyyələrindən daha bir mükəmməl və ideal bir fikir irəli sürmüş,ətraf mühitin təkamüldə  böyük rol oynadığını,təbiətdə təbii bir seleksiya olduğunu daha gözəl bir şəkildə ifadə etmişdir. Darvinin materialist və mexaniki təkamül fikrinə qarşı,əl-Cahiz toxunduğumuz kimi,ideal bir fikir ortaya atmışdır.Beləki,təkamülün səbəbi biləvasitə Allahdır və təbiətə belə bir qanunu o qoymuşdur. O,nəzəri olaraq  biləvasitə Allahın,istərsə  meymunu insan,insanı da meymun edə biləcəyini açıqca ifadə etmişdir. (Prof.Mehmet Bayraqtar “İslamda Bilim və Texnologiya Tarixi” səh 172-174).

Botanika

Botanika ilə əlaqədar ilk çalışmalar və əsərlər,VIII əsrdən  etibarən ortaya çıxmağa başlamışdır.Cabir ibni Həyyan,Əbu Nadir ibn Şumeyl və Əbu Zeyd Əl-Ənsari Bəsrədə,İbnul-Siqlit də Kufədə botanika ilə məşğul olan mühüm alimlər olmuşlar.Eyni əsrdə Əbu Səid əl-Əsmainin “Kitabul-Nəbat vəş-Şəcər”adlı əsəri çox məşhur botanika kitablarındandır.Məşhur botanikaçılardan (IX  əsr)Zəkəriyyə əl-Razini,İbn Cülcülü,Əli ibn Abbas əl-Məcusini və Əli ibn Rəbban ət-Təbərini də misal göstərmək olar.Böyük müsəlman alimi Biruni çalışmalar və sınaqlar etmiş,xüsusilə bəzək bitki və çiçəkləri üzərində çalışmışdır. Həmçinin İslam mütəfəkkəri İbn Sina  öz “Şəfa” kitabında bitgilərə xüsusui yer ayırır.Əndəluslu alimlərdən xüsusilə  İbn Baccə “Kitabul Təcribətəyn”adlı əsərində bitkilərin tibbi faydalarına toxunmuş, “Kitab fil-Nəbat”adlı əsərində isə,bitkilərin fizologiyası ilə məşğul olmuşdur.Daha sonra  XII əsrin sonlarında İbn Baytar əl-Qafiki bitki anatomiyası ilə maraqlanan alimlər arasında xüsusi yer tutur.Orta əsrin ən böyük botaniki və əczaçısı ibn Baytarın 1400-ə qədər bitki və dərman anladan kitabları XVI əsrə qədər bütün  dünya alimlərinə bələdçi rolunu oynamışdır.İbn Əvvam əkinçilik kitabı ilə orta əsr boyunca elm dünyasına özünü tanıtmışdır.Botanika mövzusunda Biruni bitki çiçəkləri üzərində xüsusi  çalışmaları ilə diqqəti çəkir.Biruni,çiçəklərin taç yarpaq sayının 3,4,5,6 və 18 olduğunu,7 və 9 taç yarpaqlı heç bir çiçəyin normal şəraitdə olmadığını təcrübədən  keçirtmişdir.Bitki çiçəklərinin yarpaq sayının ədədi aritmatik silsiləyə yox,həndəsi silsiləyə uyğun olduğunu söyləmişdir. Bitkilər və ağaclar arasında sevgi və nifrət vardır.Bəzi bitkilər və ağaclar bir-birlərini sevir,bəziləri də yox.Məsələn,İbn Vəhşiyyə, “Nəbatların Əkinçiliyi”adlı kitabında belə yazır: “Surətləri arasında oxşarlıq olan tərəvəz bitkiləri bir-birinə kömək edərlər,simpatiya hiss edərlər və yaxşı inkişaf edərlər.Halbuki bir-birləri arasında oxşarlıq olmayanlar,əksinə bir-brinə antipatiya hiss edərlər,bir-birlərini zəiflədir və inkişafına mane olurlar.(ibn –Əvvam, “kitabul-Filaha”(tərc.)J.J. Clement-Mullet,Paris-c 1,səh 518)
Eyni fikirlər,yüz illər sonra,bəzi İtalyan Piza universitetinin botanikaçıları tərəfindən bu günlərdə yeni bir nəzəriyyə imiş kimi ortaya çıxarılmışdır.İtalyanların, müsəlmanların fikirlərinin təsirində qaldıqlarını söyləmək heç də çətin deyil.Apardığım araşdığım zamanı maraqlı bir faktla da rastlaşdım.Beləki, İbnul-Əvvamın “Kitabul-Filha” adlı əsəri 1802-ci ildə Banqueri tərəfindən İspaniya dilinə və 1864-cü ildə Klement-Mullet tərəfindən Fransız dilinə tərcümə olunub və böyük rəğbətlə qarşılanıb.


Zoologiya və baytarlıq


Müsəlman alimləri (VIII əsr)zoologiyada da öz sözlərini demişdir.Mən burada Əbi Nadir İbn Şumeylin,əl-Əsmainin,Əbu Xatim əs-Sicistaninin adını çəkə bilərəm.Elmi zoologiya isə ən-Nəzzam və əl-Cahiz ilə başlayır.Əl-Cahizin “Kitabul-Həyəvan”əsəri zoologiya sahəsində çox məşhur bir əsərdir.Bu Zoologiya elmi üçün və Zoologiya haqqında yazılan bir çox (bəlkə də hamısı)kitablara müqəddimə rolunu oynadı.Yalnız heyvanların fiziki və bioliji quruluşu deyil bu əsər,eyni zamanda heyvan sosiologiyası və psixologiyasına da toxunan ilk əsərdir.Bu baxımdan da həmin əsər digərlərindən fərqlənir və böyük əhəmiyyət kəsb edir.Daha sonra Kindi zoologiya ilə maraqlanmış və bu barədə bəzi əlyazmaları olsa da bu bizə gəlib çatmayıb.İbn Qüteybə  “Uyunul-Əxbar”kitabında zoologiya xüsusi yer tutur.İbn Sina “Şəfa”kitabında,Biruni,İbn Baccə və İbn Rüşd müxtəlif əsərlərində heyvanlardan bəhs ediblər.Miladi XIV əsrdə zoologiya mövzusunda ensiklopedik əsərlər yazılmağa başlanır.Bunların ən başında Əli ər-Rəsul adlı yəmənli bir alimin “Kitabul-Əqval”adlı əsəri durur ki,o,zoologiya və baytarlıqla əlaqədar çox gözəl  elmi məlumatları əhatə edir.Heyvanlarla bağlı Dəmirinin(“Həyatu-Həyəvan”) kitabında da zəngin məlumatlar var.Dəmiri 1069 heyvan üzərində sınaq və təcrübə apararaq bunun nəticələrini öz kitabında qeyd etmişdir.Dariminin müasirlərindən olan əd-Diməşqi və ən-Nüveyri mühüm zooloqlardandır.Əl-Cildakinin  Durat əl-Qəvvas kitabı Əhməd ibn Yəhya əl-Ömərinin “Məsalikul-Əbsar”kitabı,əl-Kalkaşandinin “Sübh Aşa” kitabı zoologiya ilə əlaqədar müxtəlif fəsilləri əhatə edir.Digər tərəfdən yuxarıda təsvir edilən əsərlərin çoxu heyvan xəstəlikləri və çarələriylə əlaqədar olsalar da,Baytarlıq sahəsində dərin çalışmalar aparan alimlər İbn Baytar və İbnul-Munzirindir,digər mühüm baytarlar isə  Əli ibn Rəbban ət-Təbəri,İsa ibn Əli və ibn Bəhtişudur.


Əkinçilk və heyvandarlıq


Şübhəsiz ki əkinçilik, insanlıq tarixi qədər qədim tarixə malikdir. Linkun araşdırmalara görə, torpağı ilk işləyən Hz Adəmin oğlu Cabirdir. Hindistanda əkinçiliyin, Brahmanın əl işi olduğuna inanılır. Qədim Misirdə ilk əkinçilk dərsi deyənin adının İsis oldugu nəql edilir.H əmçinin qədim yunanlara əkinçiliyi öyrədənin Diana olduğu bildirilir.

İslam inancında isə,əkinçiliyin Hz Adəm ilə başladığı deyilir.Hədis rəvayətçisi Məsudi,Adəmin yer üzünə endiyində,özü ilə otuz növ ağac fidanı gətirdiyini qeyd edir.Digər tərəfdənMustafa əl-Qəzvini də,buğdanın insana Mikayıl(ə) tərəfindən gətirilərək qidasını həmin toxumdan təmin edəcəyini və torpağa əkiləcəyini öyrətdiyini söyləyir.
Əkinçilik və heyvandarlıq elmi,zoologiya,botanika və geologiya elmlərinin tətbiqi və texnikası qəbul edilə bilər.Bir çox müsəlman alimi təbiət elmlərini nəzəri cəhətdən tədqiqi,bir qismi də həmin nəzəriyyələrin praktikası ilə məşğul olmuşdular.Bitkilərin əkilməsi,torpağın əkinçiliyə hazırlanması,biçin zamanlarının təsbiti,tarlaların sulanma növləri,heyvanların bəslənməsi və işlədilmələri ilə əlaqədər mövzularda bir çox əsərlər yazılmış və təcrübələr edilmişdir.Əkinçilik və heyvandarlıq elmi ilə məşğul olan alimlərin çoxu Əndəluslu müsəlmanlardır.Əkinçilik haqqında olan əsərlərdən biri Əbu Həsənil-Qurtubi tərəfindən yazılmışdır.O,Kitabul-Ənvasında,müxtəlif əkinçilik prosesləri haqqında təqvim hesabına aid məlumatlar verir.Başqa bir əkinçilik alimi Əbu Ömər ibn Həccacil-İşbilidir.Bu müsəlman alim də bir çox əsərlər yazmışdır;onların ən məşhuru “Kitabul-Muğnidir”.

Mən bu siyahını uzadaraq digər elmlər barəsində də yazmaq istərdim lakin,nəzərə alsaq ki bu yazılanlardan bir kitab əmələ gələr onda məsələ aydın olar.Bu araşdırma zamanı digər bir maraqlı faktla da rastlaşdım.Sən demə Amerikanın kəşfi də müsəlmanlara aid imiş.Bəlkə də siz bunu mənim təəssüfkeşliyimdən qaynaqlandığını fikirləşərsiz lakin,hər halda bu haqda tapdığım məlumatı sizlə bölüşəcəyəm.
Biruni əsrlərcə əvvəl  Amerikanın varlığından bəhs etmişdir.Piri Rəis belə “Kitabı-Bəhriyyə”sində,Amerikanın varlığından,çox əvvəl bəhs etmişdir.”Vasco da Qama”ya (1450-1524),dünya səyahətində (XV əsr) bir müsəlman dənizçi yol göstərmişdir.

İdrisi(1100-1166),hələ 800 il əvvəl,zəmanəmizin dünya xəritələtinə bənzər xəritələr çəkə bilmişdir.Piri Rəisin Amerika xəritəsi də möhtəşəmdir.Hələ Mursiyəli İbrahimin,Piri Rəisdən 52 il əvvəl çəkdiyi Aralıq dənizi xəritəsi,bugünkü ölçülərlə tamamən uyğunlaşır. (“Bilime yön verən İslam alimləri”(önsöz) c 1,səhifə 9.)
Xristofor Kolumb Amerikanın varlığını müsəlmanlardan ,xüsusilə İbn Rüşdün kitablarından öyrəndiyini qeyd edir.(İslam mədəniyyəti Bakı 2003-Hacı Arif Heydəroğlu səhifə 220)

 

…Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meriadını Qrinvinç meriadınından 34-35 qərbədir…
Qrinvinç meriadınından 34-35 dərəcə uzaqda olan meridian Cənubi Amerikanın şərq sahilində olan San-Rokç burnundan keçir.Bu nə deməkdir?
Məlumdur ki,Amerikanın kəşfi 1492-ci ilin 12 oktyabrından başlamışdır.Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərdə tərtib edilmişdir.Bu necə ola bilər? Ya Marağa rəsədxanasında tərtib edilmiş cədvəldə bir yalnışlıq var,ya da hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin torpaqlar haqqında onun məlumatı olmuşdur.

…Ameriknı kəşf edən Xristofor Kolumb özü Nəsirəddin Tusi(1201-1274)tərəfindən götürülmüş başlanğıc meridianın ondan qabaq qəbul olunduğunu çox qətiyyətlə göstərir…(H.Məmmədbəyli, “Nəsirəddin Tusi” Bakı,gənclik,1968,səh.200-202)
Bu sözlərdən sonra sizdə belə bir sual yaranar ki,yaxşı əgər bu elmlərin ilk qurucuları müsəlmanlardırsa bəs onda kitablardan oxuduğumuz Pifaqor teoremi,Geylüssak təcrübəsi,Nyuton qanunları,Arximed qanunları və avropalı alimin adını daşıyan bir neçə teorem və təcrübə vardır.Bəs nəyə görə müsəlman adı daşıyan bir tək qanuna vəya teoremə rast gəlmirik?Nə üçün?

Son dərəcə məntiqli və haqlı bir sualı bu şəkildə cavablaya bilərik.Doğrudur Pifaqor teoremini Pifaqor,Geylüssak təcrübəsini Geylüssak,Arximed qanunlarını Arximed tapmışdı.Lakin görəsən bu elmlərin əsli əsası hardan gəlir?Görəsən bizim işlətdiyimiz,toplama,vurma,çıxma,bölmə,iki məchullu üçməchullu bərabərlikləri,cəbri,triqonometriyanı,sıfır anlayışını,Pi(П-3,14)sayını və xüsusən də bu istifadə etdiyimiz rəqəmləri(1-2-3-4…)kim tapmışdır.Bilməliyik ki,bütün bunları müsəlman alimləri tapmışdır.
Qahirədə Əbdüləzizin tikdirdiyi Fatimi kitabxanası dünya kitabxanalarının ən gözəli,ən mükəmməli idi.Bu kitabxana 6500-ü riyaziyyat,1800-ü fəlsəfi mövzulara aid əsərlərlə birlikdə 1.600.000 cildlik kitabdan ibarət idi.Vaxtilə İslam mədəniyyətinin paytaxtı sayılan Əndəlus(İspaniya)kitabxanalarına nəzər salaq.Orda vəziyyət necə idi? Bu sualın cavabını dahi Fransız fiziki Pyer Küridən dinləyək o,deyirdi: “İspaniyadan bizə 30 kitab qaldı,onlarla atomu parçaladıq.Əgər yandırılan 1.000.000 kitabın yarısı bizə qalsaydı,çoxdan kosmosda ulduzlar arasında səyahət edərdik.”
Fransad Eyfel qülləsi tikilmiş,yanına isə Eyfelin böyük bir heykəli qoyulmuşdur.Sanki “bu qülləni mən tikdim” deyə öyünür.Amma memar Sinan 100 ədəd Eyfel ilə müqayisə olunmayacaq dərəcədə əzəmətli,möcüzəvi Süleymaniyyə,Səlimiyyə məscidlərini inşa etmişdir.Ancaq bu əsərlərin heç bir yerinə “Sinan” kəliməsi belə yazılmamışdır.Elə əsil ucalıq,əsil böyüklük də elə bundadır.

Bu vaxta qədər biz müsəlmanlara bildirilməyən,heç bir kitablarda adarı belə keçməyən,dünya şöhrətli alimlərdən Ekvatorun uzunluğunu hesablayan Sabit ibni Kurra müsəlmandır.Günümüzdə istifadə edilən foto aparatları ümumiyyətlə kameraların əsas iş prinsiplərini ixtira edən İbnul Heysəm müsəlmandır.İşığın kürəvi güzgülərdə əks etməsilə əlaqədar öz adı ilə məşhur olan “Əl-Hazən” məsələsi yenə ibn Heysəmə aiddir(Əl –Hazən:İbn Heysəmin Avropadakı adı).Onluq kəsir sistemini kəşf edən Qiyasəddin Cəmşid müsəlmandır.Tarixi məsəl olmaqdan çıxarıb ona fəlsəfi məna qazandıran ilk elm adamı ibn Xaldun müsəlmandır.İlk dəfə xərçəng əməliyyatı aparan Əli ibn Abbas müsəlmandır.İlk dəfə göz xəstəlikləri haqqında əsər yazan tibb alimi Əli ibn İsa müsəlmandır.Gözlə əlaqədar ilk kitabı yazan və göz həkimlərinə yol göstərən islam alimi Huneyn ibn İshaq müsəlmandır.İlk dəfə katarakt əməliyyatı keçirən həkim Əmmar müsəlmandır.Qərb aləminə müalicə metodlarını öyrədən Əli ibn Rizvan müsəlmandır.Cüzamın səbəbini və onun müalicə yollarını 900 il əvvəl açıqlayan həkim ibn Cəssar   müsəlmandır.Vəbanın yoluxucu bir xəstəlik olduğunu elmi şəkildə sübut edən İbn Xətib  müsəlmandır.Zamanın ən böyük həkimi olan və tibb  sahəsində bir ensiklopediya yazan məşhur mütəfəkkir ibn Rüşd müsəlmandır.Əsərləri Avropada əsrlərcə oxudulan həkim İbn Zöhr müsəlmandır.Avropalılardan üç əsr əvvəl kiçik qan dövranını kəşf edən tibb alimi İbnun Nəfis müsəlmandır.Vərəm mikrobunu R.Koşdan 150 il əvvəl kəşf edən Kambur Vəsim müsəlmandır.Cərrahlığı müstəqil elm halına gətirən böyük operator Zəhravi müsəlmandır.

Heç şübhə yoxdur ki məqalədə adı keçməyən digər elm sahələrində də müsəlmanların rolu əvəzsizdir.Lakin, onların hamısını qeyd etmək imkan xaricindədir. Və sonda  bunu da untumayaq ki,peyğəmbərimizin (s) dediyi kimi; “Hər bir şeyin bir yolu vardır,cənnətin yolu da elmdir.”

Mahir Şəkərov Bakı İslam Universitetinin Lənkəran şöbəsinin məzunu

 

Beynəlxalq Əl-Mustafa universitetinin Gürcüstan nümayəndəliyi

ალმოსტაფა

ALMUSTAFA

საქართველო

GEORGIA

Sürətli ünsiyyət

Dini suallarınızı bizdən soruşun

Dini sahədə istənilən növ suallarınızı bizdən soruşa bilərsiniz. Əqidəvi, şərii, tarixi, Qurani və.s.

Əsas səhifəyə qayıdış

Üstünə vur