Günahlar silsiləsindən – Riya

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin

Hər bir əməl və ibadətdə özünü xalqa göstərmək (özününümayiş) haram və günahdır, Allahın qəzəbinə səbəb olan işlərdəndir. Qurani-Kərimdə riyakar namaz qılanlara müraciətlə buyurulur:

فَوَيْلٌ لِّلْمُصَلِّينَ. الَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ. الَّذِينَ هُمْ يُرَاؤُونَ

«Vay o namaz qılanlara kinamazlarından qafildirlər (namaza səhlənkar yanaşırlar) və riya edirlər.» («Maun» surəsi, ayə 4-6.)

Həzrət Peyğəmbərdən (s) soruşdular: «İnsanın qurtuluşu nədədir?» Həzrət (s) buyurdu: «Xalqın diqqətini cəlb etmək üçün ibadət etməməsindədir.»

Bir rəvayətdə deyilir: Kimi cihadda öldürülür, kimi var-dövlətini sədəqə verir və kimi Quran oxuyur. Əgər cihad edənin məqsədi özünü şücaətli göstərmək, sədəqə verənin məqsədi səxavətli tanınmaq və Quran oxuyanın istəyi qari kimi məşhurlaşmaqdırsa, onların heç birinin mükafatı yoxdur və riya əməllərini puça çıxarmışdır.

İslam Peyğəmbəri (s) buyurur: «Sizin üçün qorxduğum ən təhlükəli əməl kiçik şirkdir, yəni riyadır»;

«Bir əməldə zərrə qədər riya olarsa, Allah o əməli qəbul etməz.»

Şəddad ibn Ovs deyir: «Gördüm ki, Həzrət Peyğəmbər (s) ağlayır. Səbəbini soruşdum. Buyurdu ki, ümmətimin şirk edəcəyindən qorxuram, onlar bütə, günəşə, aya və daşa pərəstiş etməyəcəklər, amma əməllərində riya və xudpəsəndlik olacaqdır.» («Məhəccətül-bəyza», c.6, səh.139; “Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.106-107.)

Maide.az

Beynəlxalq Əl-Mustafa universitetinin Gürcüstan nümayəndəliyi

ალმოსტაფა

ALMUSTAFA

საქართველო

GEORGIA

Başlığınızı əlavə edin

Sürətli ünsiyyət

Dini suallarınızı bizdən soruşun

Dini sahədə istənilən növ suallarınızı bizdən soruşa bilərsiniz. Əqidəvi, şərii, tarixi, Qurani və.s.

Əsas səhifəyə qayıdış

Üstünə vur