“Əl-Mustafa” Beynəlxalq Universitinin Gürcüstandakı nümayəndəliyində fəaliyyət göstərən elmi ocaqlar 1998-ci ildən etibarən Gürcüsatanda yaşayan müsəlmanlar üçün islam dinin düzgün çatdırlması uğurunda xidmət göstərir. İslami elmlərlə yanaşı həm də ruhani ixstisasi üzrə mütəxəssislər yetişdirir. Məzun olmuş gənc tələbələr öz məntəqələrində din xadimi olaraq İslamı çatdırmaqda səy göstərirlər. 1998-ci ildən İmam Rza (ə) və İmam Əli (ə) adına gənc oğlan tələbələri üçün elmi ocaqlar öz fəaliyyətinə başladı. Həmçinin 2006-ci ildən başlayaraq Tiflis Cümə Məscidinin nəzdində qızlar üçün Həzrət Zəhra (s.ə) adına təhsil ocağı təsis olundu. Bu təhsil ocağı dini savad və dillər öyrətməklə yanaşı gələcəyin anası olan qız tələbələrinə hər növ əxlaqsızlıq və fəsaddan qorunmağın yolunu göstərmiş, dinimizin buyurduğu tərzdə vətəninə gözəl vətəndaş həmçinin gələcəkdə yeni quracağı ailəsinə evdar ana və Allaha layiqli bəndə olmağı aşılamışdır. Daha sonra Həzrət Zəhra (s.ə) adına təhsil ocağının digər şöbəsi Marneulidə öz fəaliyyətinə başladı. Beləliklə, yarandığı gündən etibarən yüzlərlə yeniyetmə qız və oğlan tələbələrinə təlim-tərbiyə verməklə məzun etmişdir.