İmam Rza (ə)-ın şəhadəti

Share on facebook
Share on telegram
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on linkedin

İmam Rza (ə) atası İmam Museyi-Kazim (ə) vəfat etdikdən sonra Allahın əmri və atasının təyini ilə imamət məqamına çatdı. İmaməti dövrünün bir qisimini Abbasi xəlifəsi Harunun zamanında yaşadı. Daha sonra bir müddət, onun oğlu Əmin və bir başqa hissəsini oğlu Mə’munun zamanında keçirtdi.

Məmun atasından sonra qardaşı Əminlə razılaşa bilmədi və bu, bir çox qanlı döyüşlərə gətirib çıxardı. Sonunda Əmin öldürülərək Məmun xilafət kürsüsünə əyləşdi. [1]

Bu zamana qədər Abbasi xəlifələrinin siyasəti, Şiə seyyidlərə qarşı təzyiq və qanlı bir siyasət yürütmək idi. Getdikcə bu təzyiq daha da artırdı. Bəzən Şiələr qiyam edib qanlı döyüşlər meydana gətirirdilər və bunlar xilafət quruluşunu çətin vəziyyətə salırdı.

Əhli-Beyt İmamları qiyam edənlərlə əməkdaşlıq etməsələr də, cəmiyyətin əksəriyyətini təşkil edən Şiə xalq, imamlara itaəti fərz bilib, onları Peyğəmbərin gerçək xəlifələri olaraq tanıyırdılar. Buna görə də bu mühitin davam etməsi xilafət üçün böyük təhlükə sayılır və onu şiddətlə təhdid edirdi.

Məmun, əvvəlki xəlifələrin yetmiş illik problemlərini və həll edə bilmədikləri köhnə siyasətlərini buraxıb yeni bir siyasətlə bu qiyamları yatırmağı düşündü. Yeni siyasət, 8-ci İmama vəliəhdliyi verərək bütün çətinliklərini həll etmək işi idi. Çünki Şiə seyyidlər də xilafətdə iştirak edincə artıq qiyam etməyəcəkdilər. Digər tərəfdən Şiə öz İmamını da, çirkli və murdar bildikləri kəslər tərəfindən idarə olunan xilafət idarəsinə bulaşmış görsələr, onlar haqqında sahib olduqları mənəvi inanclarını itirər və məzhəbi quruluşları parçalanar və beləliklə xilafət təhlükədən xilas olmuş olardı. [2]

Bu məqsədlərə yetişdikdən sonra da, İmamı yox etməkdə heç bir qorxu olmazdı. Məmun bu məqsədlərini reallaşdıra bilmək üçün imamı Mədinədən Mərvə gətirtdi. İmamı hüzuruna çağırıb ilk olaraq xilafəti, daha sonra vəliəhdliyini imama təklif etdi. Həzrət bəhanə gətirərək qəbul etmədi. Lakin müxtəlif yollara baş vuraraq qəbul etdirdilər. Nəhayət İmam (ə.s) müəyyən şərtlər daxilində vəliəhdliyi qəbul etdi. [3]

Məmun İmam Rza (ə.s)-ı Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakıyla bir çox elmi yığıncaqlar təşkil edirdi və bu yığıncaqlarda İmam ilə digərləri arasında bir çox müzakirələr olurdu. Bu yığıncaqlarda  müzakirə edilən, danışılan mövzular ümumiyyətlə fiqhi və etiqadı mövzular idi. Mərhum Təbərsi bu müzakirələrin çoxunu öz kitabında bir araya yığmışdır. [4]

Məmun bu kimi elmi yığıncaqlar təşkil etməklə özünü elm sevər biri olaraq göstərmək istəyirdi.  Bu səbəbdən  onu digər Abbasi xəlifələrindən ayırmaq lazımdır. Məmunun belə yığıncaqlar təşkil etməkdə başqa məqsədi də vardı. Məmun, İmamı müzakirə mühitinə çəkməklə avam xalqın Əhli-Beyt İmamları haqqındakı “Onlar lədunni elmə sahibdirlər” düşüncəsini yox etmək istəyirdi.

Mərhum Şeyx Səduq bu barədə belə deyir: “Məmun hər təriqətin böyük alimlərini İmamın qarşısına çıxarmaqla o Həzrətin höcciyyəti və bürhanını etibardan salmağa çalışırdı. Məmun, İmam haqqındakı həsədindən, İmamın elmi və ictimai mövqesini çəkə bilməməzliyindən ötəri bu işə müraciət etmişdi. Amma kimsə İmamın qarşısına çıxmırdı. İmamın qarşısına çıxan hər kəs də onun üstünlüyünü etiraf edir və O Həzrətin dəlilləri qarşısında təslim olurdu. [5]

Bir rəvayətdə belə demişdir: Məmun bu işləri etməklə İmamı özünə çəkmək istəyirdi. Lakin İmam səhabələrinə belə buyurdu: “Onun süni işlərinə və özünü camaata göstərmək məqsədiylə etdiklərinə aldanmayın, mən Məmunun əli ilə şəhid ediləcəyəm.” [6]

Ehtimala görə bu yığıncaqlar əvvəllər bu məqsədlə tərtib edilirdi ancaq Məmun bu yığıncaqların özü üçün zərərdən başqa bir şey gətirmədiyini görüncə İmamı məhdudlaşdırmağa başladı. Əbdus-səlam Hiravidən belə nəql edilmişdir: “İmam Rza (ə.s)-ın “kəlami” mövzularda yığıncaqlar tərtiplədiyi və xalqı öz elmiylə heyran etdiyi Məmuna bildirildikdə Məmun, Muhəmməd ibn Əmri-Tusini, camaatı İmamın yığıncaqlarından çəkindirməklə vəzifələndirdi. Ondan sonra İmam, Məmun haqqında qarğış edərək buyurdu:

“Ey yeri və göyləri var edən, ey sonsuz gücə sahib olan Allah, ey dəyişmə və təbdil məhəlli olmayan Allah, ey uca Allah, namazı özünə salavat və salamla şərəfləndirdiyin şəxsə salam və rəhmət göndər, mənə zülmü rəva görən, məni alçaldan və şiələrimi qapımdan qovan şəxsdən mənim intiqamımı al.” [7]

Bu nəhayət Hicrətin 200-cü ilində meydana gəldi. Lakin çox keçmədən Məmun, Şiələrin sürətlə irəliləməsindən, İmama qarşı sevgilərinin çoxalmasından, millətin hətta öz ordusundan və dövlət adamlarından belə İmama yönəlmələrindən bu siyasətin də səhv olduğunu anladı və çarə axtarışına çıxdı. Nəhayət o xain də çarəni İmamı zəhərləyərək şəhid etməkdə tapdı.

İmam (ə.s), şəhid olduqdan sonra İranın indi Məşhəd deyilən Tus şəhərində dəfn edildi.

[1]- “Usulu-Kafi”, c.1, s.488. “FusululMuhimmə”, s.237.

[2]- Dəlailulİmamə”, s.197. Mənaqibu ibn Şəhraşub, c.4, s.363.

[3]- “Usulu-Kafi”,  c.1, s.489. “əl-İrşad” Şeyx Mufid, S 290. “Fusulul-Muhimmə”, s.237. “Təzkirətul-Xəvas”, s.352. Mənaqibu ibn Şəhraşub, c.4, s.363.

[4]- “əl-Ehticac”, c.2, s.171-237.  “Uyunul-Əxbarir-Rza”, c.1, s.126-167. “Biharul-Ənvar”, c.49, s.189-216.

[5]- “Uyunul-Əxbarir-Rza”, s.152.

[6]- “Uyunul-Əxbarir-Rza”, c.2, s.183. “Biharul-Ənvar”, c.49, s.189.

[7]- “Uyunul-Əxbarir-Rza”, c.2, s.171.

Vəssəlamu əleykum və Rəhmətullahi və Bərəkətuh.

SEYYİD MİRƏDDİN HAŞİMİ

Beynəlxalq Əl-Mustafa universitetinin Gürcüstan nümayəndəliyi

ალმოსტაფა

ALMUSTAFA

საქართველო

GEORGIA

Başlığınızı əlavə edin

Sürətli ünsiyyət

Dini suallarınızı bizdən soruşun

Dini sahədə istənilən növ suallarınızı bizdən soruşa bilərsiniz. Əqidəvi, şərii, tarixi, Qurani və.s.

Əsas səhifəyə qayıdış

Üstünə vur